V.Bottas: İspaniyada xal qazanacağam

Alfa Romeo komandasının sürücüsü Valtteri Bottas bildirib ki, İspaniyada xal qazanacaq.

F-1.az xatırladır ki, finlandiyalı sürücü mövsümün ilk yarışı Bəhreyndə 4 xal qazandıqdan sonra növbəti 5 yarışda onluğa düşə bilməyib. Hazırda o 14-cü yerdədir.

Alfa Romeo Monakoya yeniliklərlə gəlmişdi və Valtteri Bottas o yarışda xal qazanmağa yaxın olsa da, McLaren-ləri keçə bilməmiş və 11-ciliklə kifayətlənməli olmuşdu.

Valtteri Bottas: “Məncə, buraya gəlməyin ən yaxşı təəfi belə trasda bolidin performansını görməkdir. Burada harada olduğunuza dair yaxşı məlumat alırsınız. Yenilikləri Monakoda dəyərləndirmək o qədər asan deyil. Buna görə də bu həftəsonu üçün həyəcanlıyam.

Mən ənənəvi trasları sevirəm. Məsələn, Suzuka məni ən çox sevdiyim trasdır. Həmişə ənənəvi trasları seçmişəm, çünki otraslarda sürmək başqa cür həzz verir.

Komanda əməliyyat işləri yaxşıdır və irəliyə doğru addımlar atmışıq. Performans cəhətdən isə qışda atığımız addımlar yetərli deyildi. Hazırda bunun üzərində işləməliyik. Amma komandada inkişaf görürəm. Komandadakı hər kəs gələckdəki heyət üçün həyəcanlanır. Hər şey doğru yöndə gedir. Bəlkə də, keçənilki kimi sürətli deyilik, lakin hər şey qaydasındadır.

Aston Martin-in qışda gördüyü işlər bizə motivasiya verir. Əgər işləri doğru görsəniz, önə doğru sıçramaq mümkündür. Buna görə də Aston Martin və Red Bull kimi komandalar bizə motivasiya verir.

Görək maşınımız Barselonada necə performans göstərəcək, çünki xal almaq üçün yaxşı maşına ehtiyacınız olur. Cümə gününü gözləyib görəcəyik və harada olduğumuz barədə fikrimiz olacaq. Amma buradan xalszı ayrılmayacağam.

Buradakı yarışı sevirəm. Ötmə etmək adan olmada da, ənnəvi yarış izləyirsiniz. Gözəl atmosfer var. Hətta, trasın yeni quruluşu daha gözəl olub.

Mercedes-in son iki mövsümdəki performansı məni təəccübləndirdi. Amma Formula1 tarixində heç bir komanda həmişə hegemon ola bilməyib. Buna görə də bu hal normaldır. Ancaq yaxşı resursları var və əminəm ki, inkişaf edəcəklər. Artıq saydpodları da var”.

 

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*