F-1.az xatırladır ki, Yaponiyadakı həftəsonu finlandiyalı sürücü üçün yaxşı başlamasa da, sıralanma turunda 2-ci ola bilib. Amma 28 yaşlı sürücü ötürmələr qutusunu dəyişdirdiyi üçün yarışa 7-ci yerdən başlayacaq.
Valtteri Bottas: “Cümə günü işlər istədiyim kimi getmirdi və bolidlə bağlı problemim var idi. Amma komandadakılar problemi qısa müddət ərzində həll etdilər. Startda 5 yer itirsəm də, hazırda bunu düşünmək istəmirəm. Yaxşı nəticə aldım və məncə, daha yaxşısı mümkün deyildi. Lyuis çox sürətli idi. Sabahkı yarışda gözəl nəticə qazana bilərəm. Ən sürətli bolidə sahibik və problem yaşamasaq, yüksələ bilərəm”.