V.Bottas indi də Red Bull-a göz qoyub

Mercedes komandasının sürücüsü Valtteri Bottasın menecerinin Renault-dan sonra Red Bull-la da danışıqlar apardığı iddia edilir.

F-1.az xatırladır ki, Mercedes növbəti mövsümdə Valtteri Bottasın əvəzinə Corc Rasseli gətirmək istəyir. Belə olan halda finlandiyalı sürücü özünə komanda axtarmalıdır. 30 yaşlı pilotun meneceri Didye Koton boş dayanmır və Renault-dan sonra Red Bull-la da danışıqlara başlayıb.

Koton Red Bull komandasının rəhbəri Kristian Hornerlə danışıqlara başlayıb. Avstriya təmsilçisinin Maks Ferstappenlə 2023-cü ilə qədər müqaviləsi var. Aleks Elbonla olan müqavilə isə bu mövsümün sonunda bitəcək. Ancaq taylandlı sürücünün müqaviləni uzatma opsiyonu var.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*