V.Bottas: İlk dövrədəki təmas hər şeyi məhv etdi

Alfa Romeo komandasının sürücüsü Valtteri Bottas bildirib ki, İtaliyada ilk döngədə yaşadığı təmas yarışını məhv edib.

F-1.az xatırladır ki, finlandiyalı sürücü Montsada ardıcıl 7-ci dəfə xalsız qalıb. O, ilk döngədə insident yaşayaraq, ön qanadının bir hissəsini itirib və sonuncu yerə yuvarlanıb. Yekunda isə 14-cü yeri tutub.

Valtteri Bottas: “Yarış tempimiz yaxşı idi. Buna görə də xalsız qalmaq məyuseduəicidir. Yarışım ilk döngədə məhv oldu. Təmasdan sonra ön qanadın bir hissəsini itirdim. Bolid sürüşürdü və vəziyyət pis idi.

Bundan başqa ilk döngədən sonra bolidin dayanmasını əngəlləyən sistem sıradan çıxdı və ikinci döngədən sonra düzəldi. Yüksəlmək üçün əlimdən gələni etdim. Amma boliddəki problem işimi çətinləşdirdi.

Zədəni də hesablasaq, tempimiz pis deyildi. Bu gün onluğa düşə bilərdik. Bu da son yarışlardan sonra vəziyyətin düzəldiyini göstərir. Ən azından Çjou xal qazandı və sevinə bilərik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*