V.Bottas: İlk dövrə performansımı düzəltməliyəm

Alfa Romeo komandasının sürücüsü valtteri Bottas bildirib ki, ilk dövrədəki problemlərə görə yarışı çətinləşir.

F-1.az xatırladır ki, finalndiyalı sürücü Niderland yarışına 16-cə yerdən başlasa da, 10-cu yerə qədər yüksələ bilib. Lakin sonradan güc qurğusundakı problemə görə mübarizəni dayandırmalı olub.

Valtteri Bottas: “Düzlüyün əvvəlində güc itirməyə başladıq və daha sonra pis səslər gəldi. daha sonra dumanlar çıxdı və motor bağlandı. Bunu yoxlamalıyıq.

Yarış tempimiz sıralanma tempimizdən yaxşı idi. Bunu görmək gözəldir. Lakin ilk dövrədə yer itirdim və həyatımı çətinləşdirdim. Hazırda əsas hədəfim ilk dövrə performansımı düzəltməkdir.

Montsa yarışı vacib olacaq, çünki Alfa Romeo-nun ev yarışıdır. Buna görə də yaxşı nəticə almaq çox vacibdir”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*