V.Bottas ilk dəfə Çempionlar Yarışına qatılacaq

Alfa Romeo komandasının sürücüsü Valtteri Bottas 2023-cü ildə Çempionlar Yarışında iştirak edəcək. Finlandiyalı sürücü ölkələrin çempionatında Mika Həkkinenlə birgə Finlandiyanın şərəfini qoruyacaq.

F-1.az bildirir ki, Çempionlar Yarışı gələn il yanvar ayının sonunda İsveçin Pite Havsbab şəhərində təşkil olunacaq. Bu yarışda Sebastyan Fettel, Yohan Kristoffersson, Petter Solberq, Oliber Solberq kimi sürücülər də çıxış edəcək.

Valtteri Bottas: “2023-cü ildə ilk dəfə Çempionlar Yarışında çıxış edəcəm. Bunun üçün səbirsizlənirəm. Keçən il İsveçdə keçirilən və qarda baş tutan yarışı uzaqdan izləmək məyusedici idi. Buna görə də Yanvardakı yarışa qatılacağım üçün sevinirəm.

Mika Həkkinenlə birgə Finlandıyanın şərəfini qoruyacağım üçün həyəcanlıyam. Mika ilə uzun illər yaxşı dpst olduq, amma onunla yarışmaqdan həzz alacağam. İkimiz də bir neçə dəfə Arktika Rallisində iştirak etmişik. Ümid edirəm bu hal bizə rəqiblərimizi məğlub etməkdə kömək edər.

Daha sonra isə dostluğu bir yana qoyub, şəxsi çempionatda bir-birimizi udmağa çalışacağıq. Əminəm ki, insanlara gözəl şou təqdim edəcəyik”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*