V.Bottas ilişmə muftasından şikayətçidir

Mercedes komandasının sürücüsü Valtteri Bottas startdakı uğursuzluğun səbəbini ilişmə muftasında görür.

F-1.az xatırladır ki, finlandiyalı sürücü İspaniya yarışına pouldan başlasa da, startda ləng tərpənərək, bir pillə geriləyib və yarışı ikinci pillədə bitirib.

Valtteri Bottas: “Yarışı startda itirdim. İlişmə muftasında daha əvvəl hiss etmədiyim qəribə hallar oldu. Buna görə də startım pis oldu. Nələr baş verdiyini anlamağa çalışırdım. Öndə olanda yarışa nəzarət etmək asan olur. Arxada olanda isə öndəki rəqibə çatmağa çalışırsınız. Amma çirkli havaya görə bolid sürüşür. Yarışın taleyinin birinci döngədə həll olunacağını gözləyirdim. Orada hər şey bitdi”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*