V.Bottas: “İkinci sürücü olsam, anlayışla qarşılayaram”

Mercedes komandasının sürücüsü Valtteri Bottas bildirib ki, komandası onu ikinci sürücü etsə, bunu anlayışla qarşılayacaq.

F-1.az xatırladır ki, finlandiyalı sürücü sonuncu Belçika yarışında komanda yoldaşı Həmiltonla eyni tempdə gedə bilməmiş və 5-ci yeri tuta bilmişdi. Hazirda iki sürücü arasındakı xal fərqi 34 xaldır.

Valtteri Bottas: “Əgər yaxşı performans göstərə bilsəm, çempionluq uğrunda mübarizəyə yenidən qayıda bilərəm. Fettel və Həmilton bu mövsüm mübarizəni vaxtından əvvəl dayandırmayıblar. Ümid edirəm ki, bizim komandamızda belə şey olmaz, amma Formula1-də heç nəyi proqnozlaşdırmaq olmaz. Mən əlimdən gələni etməyə davam edəcəm. Əgər komanda Lyuisə güvənsə, bunu anlayışla qarşılayacağam. Bu onların qərarıdır. Mən son yarışa qədər mübarizə aparacam. Ümid edirəm ki, İtaliyada yenidən qalib gələrək, mübarizəyə qoşularam”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*