F-1.az xatırladır ki, finlandiyalı sürücü birinci sessiyada lider olsa da, ikinci sessiyanı 6-cı yerdə başa vurub.
Valtteri Bottas: “İlk sessiya mənim üçün pis keçmədi. Bura maraqlı, amma çətin trasdır. İkinci sessiyadan əvvəl sazlanmaları dəyişdik, amma belə görünür ki, səhv yöndə getmişik. Sessiya bitdikdən sonra hər şeyi əvvəlki vəziyyətə qaytardıq. Bəzi səbəblərə görə təkərləri işlədə bilmədim. Problem çox idi. Buna baxmayaraq, pis gün deyildi. Sabahı səbirsizliklə gözləyirəm”.