F-1.az xatırladır ki, finlandiyalı sürücü poul qazanan komanda yoldaşı Həmiltondan 0.5 saniyə geridə qalaraq, 3-cü olub.
Valtteri Bottas: “Bu həftəsonu səbəbini bilmədiyim hallara görə poul uğrunda mübarizə apara bilmədim. Lyuis fərqli səviyyədə idi və ona çata bilmədim. Buna görə də əsəblərim bir az pozulub. Niyə belə olduğunu bilməliyəm. Bolidin balansı yaxşıdır. Amma qəribə formda asfaltla ilişmə azdır. Buna görə də yüksək sürətli döngələrdə çox vaxt itirirəm. Bəlkə poul uğrunda mübarizə çətin olardı, amma ikinci olmaq gözəl olardı. Sebstyanı qabaqlamalı idim. İkinci cərgədəyəm və yarışda güclü olacağımıza əminəm. Burada hər şey ola bilər. Hava şəraiti də dəyişə bilər”.