V.Bottas: “Hər şey sürətlə baş verdi”

Mercedes komandasının sürücüsü Valtteri Bottas bildirib ki, Leklerə görə pis yarış keçirib.

F-1.az xatırladır ki, yarışa ikinci yerdən başlayan finlandiyalı sürücü ilk döngədə pis əylənərək, vaxt itirib. Daha sonra isə Həmilton və Leklerlə təmas yaşayaraq, ön qanadını qırıb. İlk dövrələrdə qanad dəyişdirmək üçün pitə gələn Bottas 20-ci yerə qədər geriləsə də, finişi 8-ci yerdə çatıb.

Valtteri Bottas: “Çətin yarış oldu və gözlədiyimdən pis keçdi. İlk dövrədəki insidentlər pis oldu. Əlimdən gələni etdim. İlk döngədə təkərləri bloka saldım və bu, mənim səhvim idi. Maksı qabaqlamağa çalışırıdım və bacardığım qədər gec əyləndim. Daha sonra təkər dszləşdi və növbəti döngədə bolid sürüşməyə başladı. Əvvəlcə Lyuis keçdi və ardından Leklerlə təmas yaşayaraq, qanadımı qırdım. Onun gəldiyini güzgülərdən görmədim və çətin idi. Hər şey sürətlə baş verdi”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*