V.Bottas: Həmiltonu uda bilərəm

Mercedes komandasının sürücüsü Valtteri Bottas bildirib ki, sabahkı yarışda Həmiltonla mübarizə apara bilər.

F-1.az xatırladır ki, finlandiyalı sürücü cəmi 0.069 saniyə fərqlə poulu əldən verərək, ikinci olub.

Valtteri Bottas: “Əlbəttə, poulu itirdiyim üçün məyusam. Özü də fərq çox kiçik idi. Həftəsonu ərzində tempim yaxşı idi və mən doğrudan da poula yaxın idim. Hava kisəsi bir az aldadıcı oldu. Mən bu həftə ilk trasa çıxan adam oldum.

Ancaq düşünürəm ki, pis nəticə deyil. Döngələrdə önüm açıq olsa da, düzlüklərdə hava kisəsindən istifadə edə bilmədim. Lakin dövrələrim yaxşı idi və mən sabahı gözləyirəm. Cümə günü yarış tempim Həmiltona yaxın idi və bu trasda ötmə etmək üçün fürsətlər çoxdur”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*