V.Bottas Həmiltonu necə məğlub edəcək?

Mercedes komandasının sürücüsü Valtteri Bottas bildirib ki, yeni mövsümdə Lyuis Həmiltonu geridə qoymaq üçün hər şey edəcək.

F-1.az xatırladır ki, finlandiyalı sürücü keçən mövsümün ilk yarısında Həmiltonla başabaş mübarizə aparsa da, yay fasiləsindən sonra britaniyalı sürücünün tempinə heç cürə cavab verə bilməmişdi.

Valtteri Bottas: “Lyuis Formula1-in ən güclü pilotlarından biridir. Qazandığı 4 çempionluq da buna sübutdur. Buna baxmayaraq, keçən il bir neçə dəfə isbat etdim ki, onu keçə bilərəm. Bu il də eynisini təkrarlamaq istəyirəm. Bunun üçün stabil olmaq lazımdır. Bütün traslarda güclü olmalıyam. Xaraktercə öz işimə fokuslanan pilotam. Başqalarının nə etdiyinə baxmıram. Özümlə bağlı heç nəyi dəyişməyəcəm. Sürüş stilimi dəyişməyəcəm. Bolidə uyğunlaşsam, ilk yarışdan yaxşı nəticə göstərə bilərəm. Lyuislə birgə özümü təkmilləşdirərək çempion olmaq istəyirəm”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*