F-1.az xatırladır ki, finlandiyalı sürücü ikinci başladığı yarışın ilk döngəsində Həmiltona hücum etsə də, keçə bilməyib və finişə komanda yoldaşından 8 saniyə sonra çatıb.
Valtteri Bottas: “Startda Lyuisi keçmək üçün əla şansım var idi. Ancaq yenə də oyun oynadı. İlk döngədə yavaş idi. Buna görə də arxasına otura bilmədim.
Beşinci döngəyə gələrkən arxadan külək əsirdi və buna görə də hava kisəsindən istifadə edə bilmədim. Restartda da eyni hal baş verdi. Fürsətim olmadı. Eyni maşına sahib olsaq da, Lyuis əla sürdü. Bu gün qüsursuz idi”.