F-1.az xatırladır ki, finlandiyalı sürücü yarışa pouldan başlasa da, startda Ferstappen və Serxio Peres onu keçib. Lakin virtual maşını rejimindəj pitə gələn Bottas yenidən Peresi qabaqlayıb.
Valtteri Bottas: “Statr və ilk dövrəyə görə məyusam. Ancaq əlimdən gələni etdim. Daha sonra tempim yaxşı idi. Startda düşünürdüm ki, tək pit-stopla yarışı rahatlıqla bitirərik, amma daha sonra iki pit-stopa qərar verdik.
Red Bull-dan çox xal qazandığımız üçün xoşbəxtəm Məncə, Lyuis inanılmaz sürdü. Virtual təhlükəsizlik maşını mənim üçün yaxşı vaxtda çıxdı. Bunun hüsabına yaxşı xallar qazandım”.