Valtteri Bottas: “Düşünürəm ki, Lyuis keçən mövsümün finalından çox da razı deyil, eləcə də, bu mövsümün gedişatından da narazıdır. Amma buna baxmayaraq, mənə elə gəlir ki, yarışmaqdan böyük həzz alır. Son yarışlarda da əvvəlki səviyyəyə yaxınlaşa bilib. Niyə onun üçün narahat olursunuz? O, yarışmağı çox sevir.
Təbii ki, hər bir pilot unikaldır və hər şey insanın özündən, hisslərindən – hələ də mübarizə aparmaq istəyib-istəməməsindən asılıdır. Buna cavab müsbətdirsə, heç bir şey ən yüksək səviyyəyə qayıtmağa mane ola bilməz”.