F-1.az xatırladır ki, britaniyalı sürücü Meksika yarışında 9-cu olaraq, mövsümün bitməsinə 2 yarış qalmış karyerasının 4-cü Dünya Çempionluğunu əldə edib.
Valtteri Bottas: “Komandaya gələndə onu heç tanımırdım. Bir dənə bilirdim ki, güclü pilotdur. Lyuis bu il güclü pilot olduğunu isbatladı. Amma o həm də yaxşı insandır. İstedadlı olduğunu bilirdim, amma bu qədər işlədiyini düşünməmişdim. Bu çempionluğa sona qədər layiqdir.
İkinci və üçüncü döngədəki qəzadan sonra yarış sakit davam etdi. Maksa çatmağa çalışsaq da, alınmadı. Əyləc və mühərrik istiliyi üzündən vaxt itirirdik. Bunlara baxmayaraq, podiuma yüksəlmək gözəl oldu. Bolidi son həddə sürsəm də, Maksa çatmaq üçün tempimiz yox idi”.