V.Bottas: “Hələ də uğur qazana bilməmişəm”

Mercedes komandasının yeni sürücüsü Valtteri Bottas bildirib ki, Formula1-də ciddi bir uğuru yoxdur.

F-1.az xatırladır ki, Bottas Formula1 karyerasına 2013-cü ildə başlayıb və bu vaxta qədər heç bir komanda yoldaşına məğlub olmayıb.

Valtteri Bottas: “Formula1-də 5-ci mövsümümə başlayacam. Təcrübəliyəm, amma hələ uğur qazana bilməmişəm. Buna görə də artıq qələbələr qazanmaq istəyirəm. Hələ gənc və sürətli sürücüyəm və buraya tez uyğunlaşıb, güclü performans göstərməyə başlamalıyam. Düşünürəm ki, Lyuis mənim üçün yaxşı rəqibdir. Üçqat Dünya Çempionu ilə yarışmaq və mübarizə aparmaq məni yüksək səviyyəyə qaldıracaq. Bilirəm ki, hədəfləri yüksək tutmaq doğru olmaz. Ən böyük hədəfim Dünya Çempionu olmaqdır. Yarışlar qazanıb, bu uğura nail olmaq istəyirəm”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*