F-1.az xatırladır ki, Mika Həkkinen 20 il əvvəl Formula1-in böyük komandalarından biri McLaren-də yarışmış və 1998-1999-cu illərdə iki dəfə Dünya Çempionu titulunu qazanmışdı.
Xatırladaq ki, Mercedes Motorsport-un rəhbəri Toto Volff Mika Həkkinen ilə birlikdə Bottasın menecerliyini edirdilər. Amma 26 yaşlı sürücü Mercedes-ə transfer olunduqdan sonra Toto bu işdən imtina edib.. Beləliklə Həkkinen gənc sürücünün meneceri vəzifəsində tək qalıb.
Valtteri Bottas: “Mikanın təcrübəsi mənim üçün faydalı olacaq. Həkkinen yarışdığı dövrlərdə mənimlə eyni vəziyyətdə idi. Ona diqqətlə qulaq asacam”.