F-1.az xatırladır ki, finlandiyalı sürücü cümə sərbəst yürüşlərini 4-cü yerdə bağlayıb.
Valtteri Bottas: “Ümid edirəm ki, burada bizi izləmək gözəldir, amma sürməkdən həzz aldım. Şənbə günü sıralanma turu daha əyləncəli olacaq. Burada oval və sürətli döngələr var və onları dönmək həzz verir. Trasın ritmi əladır və onu tapmaq çətin deyil. Komandalar arasındakı fərqlərin az olmasını görmək gözəldir.
Sərbəst yürüşlərdə əsasən yarış tempində işlədik və təkərlərin yeyilməsini öyrəndik”.