F-1.az xatırladır ki, Alfa romeo 2022-ci ilin ilk 9 yarışının 6-da xal qazansa da, sonrakı 13 yarışın sadəcə 3-də 10-luğa düşə biliblər. Yekunda isə Mühəndislər Kubokunda 55 xalla 6-cı olublar.
Valtteri Bottas: “Hər şeyi nəzərə alsaq, nəticələr gözlədiyim kimi idi. Hədəflərimizdən çox uzaqda deyilik. Bu hədfələrin reallaşması üçün böyük addımlara ehtiyacımız var. 2023-cü ildə davamlı xal ala və bəzən podium üçün mübarizə apara bilərik”.