F-1.az xatırladır ki, finlandiyalı sürücü keçən il 49 xal toplayaraq, mövsümü 10-cu yerdə bitirmişdi. Alfa Romeo isə yekunda 6-cı yeri tutmuşdu.
Valtteri Bottas: “Qış tətilim əla keçdi. Çox idman etdim və yeni mövsümə hazıram. Həmişə əvvəlki ildən daha yaxşı çıxış etmək istəyərsiniz. Ümid edirəm ki, inkişaf edəcəyik. Mən daha yaxşı sürücü olmaq istəyirəm, amma komanda da güclənməyi hədəfləməlidir.
Alfa Romeo ilə keçirdiyim ilk mövsüm maraqlı idi. Başlanğıcdan etibarən inkişaf etdik. Komanda çox işlədi və komanda ruhu mövsümboyu əla idi”.