V.Bottas: “Hamını udacam”

Mercedes komandasının sürücüsü Valtteri Bottas yeni mövsümdən əvvəl iddialı danışıb və hamını məğlub edəcəyini deyib.

F-1.az xatırladır ki, finlandiyalı sürücü keçən il qələbə qazana bilməmişdi. Qışda vətəninə qayıdan 29 yaşlı sürücü tətildə dincəlib, ralli ilə məşğul olub və həyat yoldaşı ilə səyahətə gedərək yeni imiclə qarşımıza çıxıb.

Valtteri Bottas: “Bir fotoaparat alıb şəkil çəkməyə başladım. Bu, hobbidir. Bəzən gəzməyə gedəndə şəkillər çəkirəm. Həyat yoldaşım və bəzi dostlarımla Cənubi Amerikaya tətilə getdim. Formula1 barədə düşünmədim. Qayıdandan sonra isə qərar verdim ki, hamını məğlub edəcəm. Məqsədim çempion olmaqdır və bunu bacaracağımı hiss edirəm. Daha güclü olmaq üçün əlimdən gələni edəcəm”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*