V.Bottas: “Hamı istədiyi kimi yaşamalıdır”

Mercedes komandasının sürücüsü Valtteri Bottas bildirib ki, Həmiltona nisbətən sakit olması ona üstünlük qazandırmayacaq.

F-1.az xatırladır ki, finlandiyalı sürücü Bəhreyndə karyerasının ilk poulunu, Rusiyada isə ilk qələbəsini qazanmışdı. Hazırda 27 yaşlı sürücü komanda yoldaşı Həmiltondan 10 xal geridə qalır.

Valtteri Bottas: “Səssiz və sakit olmağım mənə üstünlük qazandırmayacaq. Hamı istədiyi kimi davranmalıdır. Bəli, mən sakitəm və şəxsi həyatımı gizli yaşamağı sevirəm. Kimə necə rahatdırsa, elə də yaşamalıdır. Yarışlarda qalib gəlmək üçün əlavə motivasiyaya ehtiyacımız yoxdur. Mercedes kimi komandada yarışmaq lazımi motivasiyanı verir”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*