F-1.az xatırladır ki, finlandiyalı sürücü Əbu Dabidə sıralanma turunda ikinci olub.
Valtteri Bottas: “Poul qazanmağı planlaşdırmışdım, çünki keçən il burada yaxşı nəticə qazanmışdıq. Lakin bu il təkrarlaya bilmədim. İkinci yer arzuladığım nəticə deyildi. Amma çempion olsaq belə, son yarışda ilk cərgəni tuta bildik. Bu, əladır. Yaxşı dövrə vurduğuma inanıram, ancaq Lyuisinki qədər yaxşı deyildi. Bu gün əla iş gördü. Deyəsən 17-ci və 18-ci döngələrdə vaxt itirdim. Mükəmməl olmadı”.