F-1.az xatırladır ki, Alfa Romeo mövsümə yaxşı başlasa da, son 11 yarışın sadəcə ikisindən xalla ayrıla biliblər.
Valtteri Bottas: “Artıq müqaviləm birillik olmadığı üçün üzərimdə təzyiq azdır. Bunun hesabına tamamilə işimə fokuslanmışam. Karyeramda ilk dəfə belə dəqiq dövr yaşayıram.
Mövsümün əvvəlində Red Bull və Ferrari-dən çox geri qalmırdıq və podium şansımız var idi. İndi siə podiuma çıxmaq üçün möcüzəyə ehtiyacımız var. Bunun əsas səbəbi isə Mercedes-in inkişaf etməsidir. Alpine və McLaren də çox öndədir.
Uzun müddətdir ki, 2023-cü ilin maşını üzərində işləyirik və gələn il güclü olmağı ümid edirik”.