V.Bottas: “Gecə çox işləməliyik”

Mercedes komandasının sürücüsü Valtteri Bottas bildirib ki, cümə günü onlar üçün əla keçib.

F-1.az xatırladır ki, finlandiyalı sürücü Azərbaycandakı birinci sərbəst yürüşlərdə liderdən 1.3 saniyə geri qalaraq, 6-cı olsa da, ikinci sessiyada 0.1 saniyə fərqlə ikinci olub.

Valtteri Bottas: “Birinci sessiya çətin keçdi. Doğru sazlanmaları tapmağa çalışdıq və bolid lazımi qədər balanslı deyildi. Cümə günü yaxşı balans tapmaq və istədiyimiz temperaturu tapmaq üçün ardıcıl dövrələr vurmalı idik. İkinci sessiyadan əvvəl dəyişiklik etdik və boliddə özümü yaxşı hiss etdim. Doğru yolda getdiyimizə əminəm. Ümid edirəm ki, yaxşı bir addım atarıq. Əgər gecə yaxşı işləsək, poul uğrunda mübarizə apara bilərik”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*