F-1.az xatırladır ki, Formula1 dördhəftəlik fasilədən sonra Belçika yarışı ilə geri dönür.
Valtteri Bottas: “Dincəlməli və dostlarımla vaxt keçirməli idim. Yay tətili ərzində idman etdim və indi sükan arxasına keçməyə hazıram. Trasa çıxmaq üçün səbirsizlənirəm. Mövsümün ikinci hissəsinə hazıram.
Spada yarışmaqdan həzz alıram. Keçmişdə burada gözəl yarışlar olub. Mən də bu trasda üç dəfə podiuma yüksəlmişəm. Belçikadakı yarışların nəticəsini əvvəldən proqnozlaşdırmaq olmur. Buna görə də fürsətlərdən istəfadə etməli və xallar qazanmalıyıq”.