V.Bottas: “Force İndia ilə mübarizə apara bilərik”

F-1.az bildirir ki, finlandiyalı sürücü sıralanma turunda tutduqları yerlərə görə məyus olsa da, yarışda yaxşı nəticə göstərəcəklərinə ümid edir.

Valtteri Bottas: “Əlbəttə, sonuncu sessiyaya keçə bilmədiyimiz üçün məyusam. Biz həftəsonu boyunca sürətli idik. Lakin sıralanma turunda sazlanmaya və ya başqa səbəblərə görə sürətimiz qənaətbəxş olmadı, rəqiblərimiz isə sürətli idilər. Sərin havada maksimum nəticə göstərə bilmədik. Lakin yarışda təkər seçimində sərbəst olacayıq və bu da bizə Force İndia-ya qarşı üstünlük verə bilər – bizi onlarla gərgin mübarizə gözləyir”.

Qeyd edək ki, Williams Force İndia ilə 4-cü yer uğrunda mübarizə aparır və sona iki yarış qalmış, rəqibinə 9 xal uduzur.

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*