V.Bottas: “Fetteli ləngitmək vəzifəmdir”

Mercedes komandasının sürücüsü Valtteri Bottas bildirib ki, İspaniyada rəqibi Sebastyanı Fetteli ləngitmək onun əsas vəzifəsi olub.

F-1.az xatırladır ki, finlandiyalı sürücü Kataloniyada birinci pit-stopdan sonra Fetteli arxasında saxlayaraq, komanda yoldaşı Həmiltonun qələbəsində mühüm rol oynamışdı.

Valtteri Bottas: “Sebastyanı arxamda tutaraq, onun vaxt itirməsi üçün hər şey etdim. Bəzən belə olur. Həmin anda vəzifəm bu idi. Amma o daha sürətli olduğu üçün məni keçdi. Amma qətiliklə əminəm ki, komandama kömək etdim. Ən azından komanda olaraq Ferrari ilə xal fərqini artıra bildik. Amma mən də yarışı bitirsəydim, daha yaxşı olardı.

Yarışın startı yaxşı idi. Yerimdən yaxşı götürüldüm və öndəkilərə sürətlə yaxınlaşırdım. Bu dəfə qaçmağa yerim yox idi. Əvvəlcə sola getmək istəyirdim. Lazımi qədər boşluq yox idi. Daxili trayektoriyanı tutmaq istədim, çünki əvvəlcə ora boş idi, lakin sonra oranı da Fettel bağladı və onun arxasında qaldım. Birinci döngəyə girərkən, daxili tərəfi tutmağa çalışdım. Kimi ilə olan insident isə bəxtsizlik idi. Döngə dar idi və o da çox yaxın idi. Daha sonra digər sürücülərin də insidentə qarışması pis oldu. Bəzən belə şeylər olur. Yerimi qorumağa çalışdım. O təmasdan sonra ilk pit-stopa qədər bolidi idarə etməkdə çətinlik çəkdim”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*