F-1.az xatırladır ki, almaniyalı sürücü 2010-2013-cü illərdə Dünya Çempionluğunu qazanmışdı. Dördqat Dünya Çempionu karyerası ərzində 53 qələbə, 122 podium və 57 poul qazanıb.
Valtteri Bottas: “2010-cu ildə ilk çempionluğunu qazananda onu televizordan izləyirdim. Zirvədə məğlubedilməz idi. Uzun və gözəl karyerası oldu. İdman üçün çox şey etdi və hələ də edə bilər. Lakin həyatla bağlı düşüncələri dəyişdi.
Meksikadan Sntyaqoya eyni təyyarə ilə gedirdik. Mən Argentinaya gedirdim, o isə Pataqoniyaya. Üzərində sadəcə bel çantası var idi. Oraya ongünlük gəzintiyə getmişdi. On il əvvəl inanmıram ki, bunu edərdi. Həyata baxışı çox dəyişdi”.