F-1.az xatırladır ki, iki sürücü Ştiriya yarışında ikinci yer uğrunda mübarizə aparmış və daha yeni təkərlərdə olan Bottas rəqibini asanlıqla keçmişdi.
Valtteri Bottas: “Onu keçmək həmişə çətindir. İlk mübarizəmizdən həzz aldım. Öndə qalmaq üçün hər şey etdi. Üçüncü döngədə xarici radiusda idi və bunu gözləmirdim. Yaxşı idi.
Beşinci və altıncı döngələri yan-yana döndük. Ancaq 6-cı döngədə mənə yer buraxmadığını gördüm və buna görə də ötməni bir dövrə təxirə saldım. Ancaq vəziyyət mənim xeyrimə idi, çünki təkərlərim daha təzə idi. Buna görə də ötmə düşündüyümdən asan oldu. Ancaq mən onun daha çox dirənəcəyini düşünmüşdüm”.