F-1.az xatırladır ki, finlandiyalı sürücü son cəhdində mükəmmək performans göstərərək, 3-cü yerə yüksəlib. 27 yaşlı sürücü lider Rəykkönendən cəmi 0.045 saniyə geridə qalıb.
Valtteri Bottas: “Bu həftəsonu bizim üçün çətin keçdi. Əslində birinci sərbəst yürüşlərdə güclü idik. İkinci sərbəst yürüşlərdə sazlanmalara görə bir az vaxt itirdik. Üçüncü sərbəst yürüşlərdə isə işləri qismən qaydasına saldıq. Sıralanma turunda isə bu həftəsonundakı ən yaxşı bolidi sürdük. Lakin yenə də idarə etmək çətin idi. Lyuis üçün də çətin oldu. Geridən başlaması komanda üçün itkidir.
Həftəsonu bizim üçün çətin keçir. Ferrari daha üstündür, çünki onların bolidini sürmək daha asandır. Kimini poul münasibətilə təbril edirəm. Sabah uzun yarış var və bu trasda hər şey baş verə bilər. Görək nə olur”.