F-1.az xatırladır ki, çempionatın lideri olan Bottas bəhreyndəki cümə sərbəst yürüşlərində 4-cü olub. Finlandiyalı sürücü komanda yoldaşı Həmiltondan 0.1 saniyə geridə qalıb.
Valtteri Bottas: “Ferrari ilə yaxın olacağıq. Burada Melburndakından daha sürətlidirlər. Buna görə də bolidi təkmilləşdirməliyik. Şəxsən mən inkişaf edə bilərəm. Sıralanma turunda bizi çətin mübarizə gözləyir”.