F-1.az xatırladır ki, birinci testlərdən sonda Mercedes komandasında balansla bağlı problemlər olsa da, “gümüşü oxlar” ikinci testlərdə bu problemi həll edə biliblər.
Valtteri Bottas: “Daha yaxşıdır. Amma bu, Ferrari-ni qabaqlamaq üçün bəs edəcəkmi? Əvvəlki həftəyə nisbətən maşının asfaltayatma qüvvəsi artıb. Lakin hələ də əksər şeyləri üzə çıxarmamışıq. Maşın hələ mükəmməl deyil. Lakin potensial olduğunu hiss edirik. Hər gün maşın barədə yeni şeylər öyrənirik. Hər dəfə bolidə oturanda özümü daha yaxşı hiss edirəm.
Ferrari hələ də güclü görünür. Amma Melburna qədər hər şey ola bilər. Onlarla mübarizə aparmaq üçün yeni paketdən maksimumu almalıyıq”.