F-1.az xatırladır ki, finlandiyalı sürücü Bəhreyndə lider Fetteldən 0.166 saniyə geri qalaraq 3-cü olub.
Valtteri Bottas: “Yaxşı dövrə vurdum. Xüsusən son sessiyada qüsursuz dövrə vurmaq vacib idi və mən də bunu edə bildim. Bu gün “qırmızılar” daha sürətli idilər və buna görə xoşbəxt ola bilmərik. Amma düşünürəm ki, sabahkı yarışda üç komanda arasında qələbə uğrunda mübarizə olacaq. Həmilton və Ferstappen arxa sıralardan gəlib mübarizəyə qoşula bilərlər. Komandalar arasında fərqlər azdır və gözəl yarış gözləyirik. Görək necə olacaq. Məqsədimiz bacardığımız qədər çox xal toplamaqdır”.