V.Bottas: Fərqli yolları sınadıq

Mercedes komandasının sürücüsü Valtteri bottas bildirib ki, fərqli yol sınayıblar və buna görə də sabah problem yaşaya bilərlər.

F-1.az xatırladır ki, finlandiyalı sürücü yarışa Soft təkərlərlə başlayıb və yarışı başladığı kimi üçüncü yerdə başa vurub.

Valtteri Bottas: “Fərqli şey sınadıq. Hədəfimiz startda Həmiltonu keçmək idi, amma alınmadı. Məncə, Həmilton yaxşı start aldı və ilk döngədə bloklandım. Buna görə də ötmə mümkün olmadı. Əlimizdən gələni etdik. Təkərlər dənlənsə də, Soft təkərlə yerimizi qoruduq.

Təkərlərlə işləmək asan deyil. Bu gün gördük. Sabah hava isti olsa, problem yaşaya bilərik. Sabah hər şey ola bilər”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*