F-1.az xatırladır ki, finlandiyalı sürücü komanda yoldaşı Həmiltondan 0.5 saniyə geridə qalaraq ikinci olub.
Valtteri Bottas: “İlk döngədə stabil deyildim. Amma bolidimiz çox sürətlidir. İlk cəhdimdə təkərlərim çox soyuq idi və onları kilidlədim. İkinci cəhdimdə isə hər şey qaydasında idi, ancaq Həmiltondan niyə bu qədər geri qaldım bilmirəm. Buna baxmayaraq, narahat deyiləm. Bu trasda ikinci yerdən başlamaq da yaxşıdır. Beşinci döngəyə qədər maraqlı mübarizə olacaq. Əgər çempion olmaq istəyirəmsə, hücum etməliyəm. Mən mübarizəçiyəm. İlk dövrədə yaxşı fürsətim olacaq. Buradakı yarışlar həmişə maraqlı olub. Yeni fürsətim olacaq”.