F-1.az xatırladır ki, finlandiyalı sürücü sıralanma turunda beşqat Dünya Çempionu olan rəqibini 0.6 saniyə qabaqlayaraq, bu mövsün ardıcıl 3-cü dəfə poul qazanıb.
Valtteri Bottas: “Həzz aldım. Dövrələr ərzində adrenalin hiss etdim və gözəl idi. Üçüncü sərbəst yürüşlərdəki yerimdə fırlanmağım pis oldu, amma unutdum. Mövsüm əla başlayıb. Boliddə özümü get-gedə rahat hiss edirəm. Sabahı səbirsizliklə gözləyirəm. Təbii ki, Həmiltonla fərq böyükdür. Bunu gözləmirdim. Amma hər şeyi bir araya gətirə bildim. Özümü çox yaxşı hiss edirəm”.