V.Bottas əyləc problemi yaşayıb

Mercedes komandasının sürücüsü Valtteri Bottas bildirib ki, sıralanma turunun son sessiyasında əyləclərlə bağlı problem yaşayıb.

F-1.az xatırladır ki, finlandiyalı sürücü ABŞ-dakı sıralanma turunda lider Həmiltondan 0.460 saniyə geri qalaraq 3-cü olub.

Valtteri Bottas: “Sıralanma turunun son sessiyasında daha çox mübarizə apardım. Davamlı problem yaşadığım sahələr var. Əsasən də əyləclərdə. Hər şeyi bir araya gətirmək çətin idi. Çox vaxt 13-cü və 15-ci döngələrdə vaxt itirdim və bunlar uzun döngələr idi. Bəzən temp tapsam da, döngələrdə zəif olduğum üçün Lyuislə mübarizə apara bilmədim. Bizim üçün yaxşı görünürdü və Lyuisə yaxın idim. Geridə qaldığım üçün məyusam.

Böyük səhv etməsəm də, çox geridə qaldım. Lyuis ikinci və son sessiyada sürətləndi, amma mən təkmilləşə bilmədim. Küləyə görə çətin sessiya idi. Sazlanmaları dəyişib bolidi sürətləndirdik. Amma bolidi sürmək çətin idi”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*