F-1.az xatırladır ki, finlandiyalı sürücü yarışın startında liderliyi ələ keçirərək, yarışın sonuna kimi üstünlüyünü qoruyub və 2018-ci ilin Əbu Dabi yarışından sonra ilk dəfə qalib gəlib.
Valtteri Bottas: “Nə deyəcəyimi bilmirəm. Start çox yaxşı idi. Qətiliklə deyə bilərəm ki, ən yaxşı yarışım idi. Necə oldu bilmirəm, amma özümü yaxşı hiss edirdim və hər şey nəzarətimdə idi”
Bottas ən sürətli dövrəni də vuraraq, əlavə bir xal qazanıb: “Bunun yaxşı qayda olduğunu bilirdim. Doğrudan da tempim yaxşı idi və yarışın sonunda maksimum həddə sürmək istədim. Yeyilmiş təkərlərlə bu riskli olsa da, riskə dəydi. Xoşbəxtəm və səbirsizliklə Bəhreyn yarışını gözləyirəm”.