F-1.az xatırladır ki, finlandiyalı sürücü Türkiyədə pouldan başladığı yarışı rahatlıqla qazanıb və birillik qələbə orucunu bitirib.
Valtteri Bottas: “Karyeramın ən gözəl yarışlarından biri idi. Hər şeyi nəzarətimdə saxladım. Bolid hər şəraitdə güclü idi və ona güvənirdim. Bolidi idarə edə bilirdim. Belə hava şəraitində strategiya seçmək çətin olur. Nə vaxt pitə gələcəyinizi və hansı təkəri seçəcəyinizi bilmirsiniz. Çətin yarış idi və qələbəyə layiq olan tərəf biz idik”.