V.Bottas: “Ən bərbad mövsümüm idi”

Mercedes komandasının sürücüsü Valtteri Bottas bildirib ki, 2018-ci il mövsümü debüt etdiyi 2013-cü ildən də pis olub.

F-1.az xatırladır ki, finlandiyalı sürücü mövsümə güclü başlamış, Çin və Azərbaycan yarışlarında qələbəyə çox yaxın olmuşdu. Rusiyada isə qələbəyə əminliklə gedərkən, komanda əmrinə görə yerini Həmiltona vermişdi.

Valtteri Bottas: “İlk mövsümüm çətin idi. Amma müqayisə edə bilmərik. 2013-cü ildə Williams komandasında idim və arxa cərgələrdə mübarizə aparırdıq. O zaman hədəflərimə çatmışdım. Sonrakı mövsümlərdə də yaxşı idim. Keçən il fərqli idi. Mercedes komandasında ilk mövsümüm idi. Lyuisə qarşı ilk mövsümüm idi. Keçən il məyus deyildim. Hədəflərimə çatmamışdım. Ancaq ən azından bir neçə qələbə qazanmışdım. İndi isə məyusam. Məncə, ən bərbad mövsümüm idi”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*