V.Bottas: Düzlük sürəti vacibdir

Mercedes komandasının sürücüsü Valtteri Bottas bolidi düzlüklərdə sürətli olmaq üçün sazlayıb.

F-1.az xatırladır ki, finlandiyalı Spadakı sürücü cümə sərbəst yürüşlərində ikinci olub. 32 yaşlı sürücü əsasən 1-ci və 3-cü sektorlarda sürətli olub. Boldöngəli 2-ci sektorda isə nisbətən yavaş olub.

Valtteri Bottas: “Cümə günü elə də pis deyildi. Həm sıralanma, həm də yarış tempində çox sürətli idik. Sərbəst yürüşlərə görə müqayisə aparmaq çətindir, ancaq ən azından özümüzü yaxşı hiss edirik. Düzlüklərdə sürətli olmaq yaxşı haldır. Ən azından mənim üçün vacibdir.

Yağış yağsa, daha çox asfaltayapışma qüvvəsi istəyəcəyik. Buna görə də hər sessiyada diqqətlə işləməliyik. Hava məncə, soyuq deyil. Sessiyanın da əksəriyyəti quru hava da keçdi. Lakin həftəsonu hər şey ola bilər. Buna hazırlıqlı olmalıyıq”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*