F-1.az xatırladır ki, finlandiyalı sürücü Kanadada 7-ci olaraq, qızıl dəyərində xallar qazanmışdı.
Valtteri Bottas: “Silverstoun yarışının təqdimata ehtiyacı yoxdur. Britaniya Qran Prisi avtoidmanın ən böyük tədbirlərindən biridir. Trasın qapısından girən kimi bunu hiss edirsiniz. Burada inanılmaz azarkeş qrupu var və əksəriyyəti idmanımızı sevir. Həm də tarixini bilirlər. Dördüncü gündən bazar gününə qədər əla atmosfer olur. Bu cür atmosfer də sizə enerji verir.
Bu həftəsonu Monrealdakı nəticəni təkmilləşdirsək, pozitiv həftəsonu keçirəcəyik. Belə yüksək sürətli döngələrdən bol olan trasda doğru sazlanma tapmaq asan deyil və bunun üçün hər sessiyadan yaxşı faydalanmaq lazımdır. Əgər düzgün sazlanma tapsaq, həftəsonundan həzz ala bilərik”.