F-1.az bildiri ki, finlandiyalı sürücü buna görə bazar günkü yarışa sonuncu yerdən başlayacaq. Mercedes-lə son yarışlarını keçirən Bottas, Montsadakı yarışdan əvvəl yeni daxiliyanma mühərriyinə, turboya, MGU-H və MGU-K generatorlarına keçib. Lakin 32 yaşlı sürücü cəzasını sprint yarışında yox, bazargünkü əsas yarışda çəkəcək.
Lyuis Həmiltonun və Maks Ferstappenin də dördüncü güc qurğusuna keçəcəyi gözlənilir, amma bunun bu həftəsonu olub-olmayacağı müəmmalıdır.