F-1.az bildirir ki, Amerikada Formula1-ə marağı artırmaq üçün dünən axşam Los Anceles küçələrində şou göstərilib. Hollivud bulvarındakı şouya Mercedes-dən Valtteri Bottas, Renault-dan Daniel Rikkardo və Red Bull komandasının sürücüləri qoşulub. Red Bull və Renault V8 mühərrikli bolidlərlə, Mercedes isə V6 turbo mühərrikli bolidlə şouya qatılıb. Azarkeşlərin səsverməsinə görə Valtteri Bottas birinci olub.
V.Bottas donut yarışının qalibi olub
Hollivudda keçirilən ilk donut yarışını Mercedes komandasının sürücüsü Valtteri Bottas qazanıb.