V.Bottas: DAS Avstraliyada istifadə olunacaq

Mercedes komandasının sürücüsü Valtteri Bottas bildirib ki, DAS sistemini hər həftə daha yaxşı başa düşürlər.

F-1.az xatırladır ki, “gümüşü oxlar” DAS sistemini qış testlərində istifadə ediblər. Sürücülər maşın hərəkət edərkən sistemin hesabına təkər bucağını dəyişə bilərlər. Bəzi komandalar buna qarşı çıxsalar da, bəziləri mükəmməl sistemə görə Mercedes-ə təriflər yağdırırlar.

Valtteri Bottas: “Bolidi sürdükcə sistem barədə daha çox məlumat toplayırıq. Testlərdə mühəndislər məlumatları təhlil edərək sistemi daha əlverişli hala gətirirlər. Ancaq hansı vəziyyətdə üstünlük gətirəcəyi ilə bağlı sual işarələri var.

Boliddə olduğu üçün xoşbəxtik. Hər şey problemsiz formada gedir. DAS sistemini Avstraliyada istifadə edə bilərik”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*