F-1.az xatırladır ki, finlandiyalı sürücü keçən il pis performans göstərsə də, bu il yeni imiciylə daha yaxşı performans göstərir. Bottas bu il ilk 4 yarışda iki qələbə, iki ikincilik əldə edib və turnir cədvəlində liderdir.
Valtteri Bottas: “Məncə, bu il fərqli oldu. Sərbəst yürüşlərdə daha açıqsözlü oldum və fikirlərimdə daha aqressiv və qəti olmağa başladım. Bu mövzuda inkişaf etmişəm. Artıq yeni mühəndisim var. Bu da yeni fikirlər deməkdir”.