F-1.az xatırladır ki, finlandiyalı sürücü İtaliyada yeni güc qurğusuna keçmiş və yarışa sonuncu yerdən başlamışdı. Lakin Mercedes ona Rusiyada da yeni daxiliyanma mühərriyi verdi və startda 5 yer itirməli oldu.
Ancaq belə görünür ki, Mercedes komandasının ürəyi soyumayıb və finlandiyalı sürücü ABŞ-da da motor dəyişikliyi edəcək və yenə də startda 5 yer itirəcək. Beləliklə, Bottas bazar günü yarışa ən yaxşı halda 6-cı yerdən başlayacaq.